Logo

UNEC-də beynəlxalq konfrans keçirilib

01.12.2023 12:33 273 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) və Beynəlxalq əməkdaşlıq departamentinin birgə təşəbbüsü ilə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, konfrans Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planı çərçivəsində təşkil olunub.

Onlayn tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Makedoniyanın nüfuzlu universitetlərinin nümayəndələri tərəfindən müzakirələr aparılıb. TUDİFAK-ın dekanı professor Mehmet Yücenin moderatorluğu ilə keçirilən tədbirdə Qırğızıstanın Türk-Qırğız Manas Universitetinin professoru Ulanbek Alimov, Türkiyənin İbn Haldun Universitetinin professoru Yaşar Sarı, Qazaxıstanın Qazax Milli Qızlar Pedaqoji Universitetinin professoru Akzharkyn Abuova, Şimali Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin professoru Azam Körbayram, Özbəkistandan Şahsənəm Yoldaşeva və Azərbaycandan TUDİFAK-ın dekan müavini Yusif Əliyev məruzəçi qismində çıxış ediblər.

Xəbər lenti