Logo

BDU-da məlumatlandırma sessiyası keçirilib - FOTO

01.12.2023 12:21 172 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov son illər ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını və gənclər siyasətinin əsas fəaliyyət istiqamətlərindən birinə çevrildiyini bildirib. O, könüllülük hərəkatına qoşulan tələbə-gənclərin sosial aktiv fəaliyyətinin onların gələcək karyera quruculuğunda faydalı olduğunu diqqətə çatdırıb.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova rəhbərlik etdiyi təşkilatın tarixi, əsas fəaliyyət istiqamətləri və planları barədə məlumat verib. O, eyni zamanda, təşkilatda olan könüllü fəaliyyət zamanı əldə ediləcək keyfiyyətlərdən danışıb.

Sonra təşkilatın fəaliyyəti dövründə gördüyü işləri, gələcək layihələri və ümumi qaydaları özündə əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, ənənəvi olaraq hər tədris ilində təşkil olunan məlumatlandırma sessiyası tələbələr arasında sosial aktivliyi gücləndirmək, yeni bacarıqları inkişaf etdirmək məqsədi daşıyır.

Xəbər lenti