Logo

BMU-da “Meetup Days” layihəsi çərçivəsində tələbələrlə görüş olub - FOTO

01.12.2023 10:40 156 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) “Meetup Days” layihəsi çərçivəsində “Coders Azerbaijan” tədris mərkəzinin əməkdaşlarının tələbələrlə görüşü keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tədbir karyeralarını informasiya texnologiyaları sahəsi üzrə qurmaq istəyən tələbələrə dəstək, eyni zamanda real iş mühitində verilmiş tapşırığın nəzəri şəkildə izahı ilə yanaşı, praktikada uğurla icra edilməsini göstərmək məqsədilə təşkil olunub.

Layihə meneceri Fatima Koroğluyeva “Coders Azerbaijan” haqqında, həmçinin mərkəzin veb proqramlaşdırma sahəsində tədris proqramları haqda ətraflı məlumat verib.

Sonra tədris mərkəzinin informasiya texnologiyaları ixtisası üzrə təlimçisi Hörmət Həmidov proqramlaşdırmanın əsasları, kod yazılması, veb-sayt və oyunların hazırlanması ilə bağlı təqdimatla çıxış edib.

Tədbir informasiya texnologiyaları sahəsinin müxtəlif aspektləri üzrə tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti