Logo

“Dövlət qulluğuna qəbul-nəzəri və praktiki məsələlər” mövzusunda təlim təşkil edilib

30.11.2023 18:14 178 baxış
IMG

30 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçisi Könül Səlimova tərəfindən “Dövlət qulluğuna qəbul – nəzəri və praktiki məsələlər” mövzusunda təlim keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 15 əməkdaşı iştirak edib.

Təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib və praktiki tapşırıqlar icra edilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti