"Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.
Onun fikirlərinə görə, 5 günlük dərs həftəsi ilə həmin məktəblərdə sıxlıq çox ola bilər:
"Elə məktəblər də var ki, onların 6 günlük ənənəsi var və bunu davam etdirir. Biz də buna razı oluruq".