Logo

UNEC-in gənc müəllimi Rusiyada keçirilən Gənc Alim Məktəbində iştirak edib

30.11.2023 13:21 178 baxış
IMG

UNEC-in “İqtisadiyyat” kafedrasının müəllimi Aslan Əzimzadə Rusiyanın Kalininqrad şəhərində keçirilən “Elm, təhsil, cəmiyyət: qlobal sosial-iqtisadi transformasiyalar dövründə tendensiyalar və inkişaf perspektivləri” mövzusunda Gənc Alim Məktəbində iştirak edib.

Tehsil.biz xəbər verir ki, A.Əzimzadə tədbirin dəyirmi masasında "Çoxqütblü dünyanın formalaşması şəraitində beynəlxalq valyuta münasibətlərinin yeni üfüqləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzənin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

Rusiya, Almaniya, Fransa, Hindistan, Qırğızıstan və digər ölkələrin gənc alimlərinin iştirak etdiyi tədbir 2 gün davam edib.

Xəbər lenti