Logo

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Oxucu günü” keçirilib

08.10.2020 14:31 481 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Oxucu günü” keçirilib.

Tehsil.biz-ə bildirilib ki, tədbirdə çıxış edən kitabxananın direktoru Sahab Əliyeva cəmiyyətin maariflənməsində, inkişafında kitabxanaların rolundan danışıb. Qeyd edib ki, muxtar respublikada həyatımızın digər sahələri ilə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyəti üçün də hərtərəfli şərait yaradılıb. O, rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və oxucularla əlaqələri barədə danışaraq bildirib ki, bu gün oxucu və kitab amili daha çox aktuallıq kəsb etdiyindən kitabxana işçilərinin də üzərinə böyük vəzifələr düşür.

Yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsində oxucuların sayının əvvəlki illərlə müqayisədə bir neçə dəfə artdığını vurğulayın Sahab Əliyeva qeyd edib ki, mütaliəyə marağın artırılması, oxuculara kitabların sevdirilməsi baxımından fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Tez-tez milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ edən, bəşəri dəyərlər aşılayan kitabların müzakirəsini keçirir, oxuculara belə kitablardan yararlanmağı məsləhət görürük. Məqsəd oxucularda mütaliəyə maraq oyatmaq, yeni tələblər səviyyəsində mədəni xidmət göstərməkdir. “Oxucu günü”nün təşkil edilməsində məqsəd xidmət işinin daha da yaxşılaşdırılmasıdır.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Tədbir çərçivəsində sorğu anketləri paylanılıb. Oxucular kitabxananın xidmətlərindən razılıqlarını bildirməklə yanaşı, öz təkliflərini də qeyd ediblər. Təkliflərin nəzərə alınacağı diqqətə çatdırıb.

Xəbər lenti