Logo

Agentlik direktoru bağçalarda qidalanma qaydalarından danışıb

28.11.2023 11:33 230 baxış
IMG

"Hazırda bağçalarda qidalanma qanunvericilikdə nəzərdə tutulan standart və normalar əsasında həyata keçirilir".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib 

Onun sözlərinə görə, isti yeməklərin verilməsi ilə bağlı icra etdiyim pilot layihənin məqsədi odur ki, uşaqlara lazımi miqdarda yeməyin vaxtında, isti və menyuya uyğun verilməsini təmin olunsun:

"Nazirlik səhiyyə qurumları və qida təhlükəsizliyi məsul olan orqanlarla əməkdaşlıq edir. Standartlarda mövcud yeni yanaşmaların, yeni tədqiqat nəticələrinin məhsullarını standartlarda nəzərdə tutacağıq. Ümid edirəm ki, növbəti ilin əvvəlində bununla bağlı normativ sənədlərdə dəyişikliklər nəzərdə tutulacaq".

Mərcanə Əsədova

Xəbər lenti