Logo

“Xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim təşkil edilib

27.11.2023 17:00 225 baxış
IMG

17 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda onlayn təlim təşkil edilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə Qida Təhlükəsizliyi Agentliyinin və Ali Attestasiya Komissiyasının əməkdaşları iştirak ediblər.

Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, həmin qaydada yer alan prosedurlar və düsturlar, qiymətləndirmə prosesinin planlaşdırılması və həyata keçirilməsi barədə məlumatlar verilib. Həmçinin qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilməli tədbirlər və edilən səhvlər barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin müəyyən edilməsi, tələb olunan bilik və bacarıqlarla bağlı praktiki tapşırıqlar da yerinə yetirilib.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorların və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

Xəbər lenti