Logo

Milli Kitabxana “25 Noyabr - Kəlbəcər Şəhəri Günü” adlı virtual sərgi təqdim edib

25.11.2023 18:04 240 baxış
IMG

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “25 Noyabr - Kəlbəcər Şəhəri Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Prezidentin Fərmanı, dövri mətbuat səhifələrində Kəlbəcər şəhəri haqqında dərc olunan məqalələr və ensiklopedik məlumatlar, Qarabağ Zəfəri, Kəlbəcər şəhərinin tarixi haqqında kitablar nümayiş olunur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Xəbər lenti