Logo

Fransalı professorlar ADNSU tələbələrinə süni intellektlə bağlı mühazirə oxuyublar - FOTO

23.11.2023 16:06 205 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransadan 8 nəfər dəvətli professor müxtəlif mövzularda tələbələr üçün seminarlar keçiriblər.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, seminarlarda Azərbaycan-Fransız Universitetinin (UFAZ) elmi eksperti və Strasburq Universitetinin kompüter elmləri ixtisası üzrə professoru Pierre Collet tələbələrə “Süni intellektin gələcəyi” mövzusunda çıxış ediblər. UFAZ-ın Kimya mühəndisliyi magistratura proqramı üzrə koordinatoru və tədqiqat üzrə eksperti, professor Christophe Serra “Uğurlu doktorluq dissertasiyasını necə hazırlamaq olar”, Cecilia Zenni-Merk “Süni intellekt üzrə tədqiqat", İgor Peretta isə “Neyrokomputinqin əsasları: Süni neyron şəbəkələrinin tədqiqi” mövzularında mühazirə oxuyublar.

Eyni zamanda, digər mövzularda da tələbələrə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Xəbər lenti