Logo

“Layihələrin idarəedilməsi” mövzusunda təlim baş tutub - FOTO

23.11.2023 15:22 299 baxış
IMG

22-23 noyabr 2023-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları üçün “Layihələrin idarəedilməsi” mövzusunda təlim təşkil edilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə iştirakçılara layihə anlayışı, ənənəvi və hibrid layihələrin növləri, onların idarəedilməsi sahəsində yeni trendlər və çağırışlar barədə məlumatlar verilib. Həmçinin çevik layihələrin tətbiq sahələri ilə bağlı qrup işləri təşkil olunub və iştirakçıların sualları cavablandırılıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Xəbər lenti