Logo

Akademik Nizami Cəfərov BDU-nun “SABAH” qrupu tələbələrinə ustad dərsi keçib - FOTO

23.11.2023 15:06 328 baxış
IMG

Akademik Nizami Cəfərov Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, tarix müəllimliyi və hüquqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrinə “Azərbaycan ədəbi dili: orta əsrlərdən yeni dövrə" mövzusunda ustad dərsi keçib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Ustad dərsində akademik N.Cəfərov Azərbaycan dilinin türk dilləri içərisində özünəməxsus yer tutduğunu qeyd edib, qədim dövrdən indiyədək coğrafi, siyasi və linqvistik aspektlərin dilin formalaşmasında rolunu izah edib.

Eyni zamanda, “Azərbaycan" sözünün etimologiyası, Azərbaycan dili anlayışı və onun türk dilləri içərisində yeri, Azərbaycan ədəbi dilinin milli dil kimi formalaşmasının tarixi məsələləri barədə geniş məlumat verilib.

Sonra tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti