Logo

Oğuzda körpələr evi-uşaq bağçasında yanğın olub

23.11.2023 09:11 312 baxış
IMG

Oğuz şəhər 3 saylı körpələr evi-uşaq bağçasında yanğın baş verib.

"Tehsil.biz"in məlumatına görə, güclü yanğın nəticəsində uşaq bağçasının dam örtüyü və içərisindəki əşyalar qismən yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları, şəxsi heyəti cəlb olunub və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Kənan Nağıbəyli

Xəbər lenti