Logo

ADNSU-da SAVAT Federasiyasının seminarı keçirilib - FOTO

22.11.2023 19:46 273 baxış
IMG

Noyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan SAVAT Federasiyasının hakimlər üçün seminarı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev qonaqları universitetin rektor əvəzi, dosent Vazeh Əskərovun adından salamlayaraq idmanın insan həyatında əhəmiyyətindən danışıb və seminar iştirakçılarına uğurlar arzu edib.

Sonra Azərbaycan SAVAT Federasiyasının prezidenti Rafiq Əliyev yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edərək seminarın əhəmiyyətindən söz açıb. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı cari ildə federasiya tərəfindən bir neçə tədbir keçirilib, yarışlar təşkil olunub. 

Hakimlərlə mütəmadi belə görüşlərin təşkil olunduğunu qeyd edən Rafiq Əliyev federasiyanın fəaliyyəti haqqında iştirakçılara məlumat verib, SAVAT idman növü üzrə azərbaycanlı gənclərin qazandığı uğurlardan danışıb.

Fedrasiya üzvlərinin və hakimlərin iştirakı ilə keçirilən seminarda idmanın misilsiz faydalarından, ölkədə gənclərin sağlam formalaşması və idmanın inkişafına ayrılan diqqətdən bəhs olunub.

Çıxışlarda həmçinin, SAAVAT idaman növünün özəlliklərindən, idmanda əsas meyarlardan olan hakim ədalətindən, hakim dəqiqliyindən bəhs olunub, yeniyetmə və gənclərin idmana marağının artmasında və uğur qazanmasında hakimlərin rolu diqqətə çatdırılıb.

Xəbər lenti