Logo

AzMİU-da yaradıcılıq sərgisi - 40-dan çox əl işi nümayiş olunub - FOTO

21.11.2023 23:23 259 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) məşhur xarici və yerli fırça ustalarının portretlərinin yer aldığı “Tete-a-tete” adlı yaradıcılıq sərgisi açılıb.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgidə karandaş və yağlı boya ilə çəkilmiş 40-dan çox əl işi nümayiş olunub. Xarici və yerli rəssamlar - Rembrandt, Pablo Pikasso, Salvador Dali, Frida Kalo, Tahir Salahovun və digərlərinin, eləcə də tələbələrin sevimli müəllimləri Yaşar Səmədovun, Oktay Murtuzayevin, Bayram Qasımxanlının təsvirləri yer alıb. Yaradıcılıq sərgisi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərginin açılışında sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, fakültənin akademik heyəti və tələbələr iştirak ediblər.

Xəbər lenti