Logo

BMU tələbələri “Baku Steel Company” QSC-də ekskursiyada olub - FOTO

21.11.2023 22:57 248 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) Mühəndislik fakültəsinin müəllim-tələbə heyəti “Baku Steel Company” QSC-də təlim-tədris ekskursiyasında olub.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, fakültənin Mexanika mühəndisliyi kafedrasının müdiri Asif Quliyev və assistent Nəsimi Bayramlının rəhbərliyi ilə Mexanika mühəndisliyi ixtisasının II kurs tələbələrinin iştirak etdiyi ekskursiya Materialşünaslıq və Materiallar texnologiyası fənləri üzrə praktiki dərslərin istehsalat şəraitində təşkili məqsədilə gerçəkləşdirilib.

Ekskursiyada “Baku Steel Company” QSC haqda ətraflı məlumat verilib, illik istehsal gücü 700 min ton olan zavodun ən müasir avadanlıqlardan istifadə etməklə geniş çeşiddə və beynəlxalq standartların tələblərinə tam cavab verən məhsullar istehsal etdiyi vurğulanıb.

Sonra QSC-nin müxtəlif istehsalat sahələrini gəzən tələbələr poladəritmə, eyni zamanda armatur, katanka və s. məhsulların hazırlanması prosesini əyani şəkildə izləyiblər.

Ekskursiya zamanı tələbələr fənn müəllimi və istehsalat işçilərinin təlimatı ilə tədris proqramına uyğun praktiki dəsrlərini keçiblər.

“Baku Steel Company” QSC ilə gələcəkdə də Mexanika mühəndisliyi və Maşın mühəndisliyi ixtisaslarında müvafiq fənlər üzrə bəzi praktiki dərslərin istehsalat şəraitində keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti