Logo

Çin Neft Universitetində Heydər Əliyevin 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib - FOTO

21.11.2023 22:42 200 baxış
IMG

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Çin Neft Universitetində təşkil olunan, Ulu Öndərin ölkəmizin neft-qaz sənayesinin inkişafına göstərdiyi yüksək diqqəti əks etdirən nadir fotoların da yer aldığı sərginin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, sərginin açılışında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə davamlı inkişafı üçün sağlam təməllərin qoyulduğu qeyd edilib.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının ölkəmizin hərtərəfli inkişafında mühüm rolundan, Ulu Öndərin Azərbaycan neftçilərinə göstərdiyi qayğıdan bəhs olunub.

Açılışda Çin Xalq Respublikasında təşkil olunan sərginin dost Çin xalqının Azərbaycanın Ümummilli Liderinə olan sonsuz hörmətinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Ulu Öndər kimi dahi şəxsiyyətə həsr olunan sərginin universitetdə təşkilinin təhsil ocağı üçün vacibliyi vurğulanıb.

Xəbər lenti