Logo

AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak ediblər - FOTO

21.11.2023 21:24 212 baxış
IMG

“Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutuna səfər təşkil olunub.

Tehsil.biz xəbər verir ki, səfər çərçivəsində keçirilən təlimdə Azərbaycan Texniki Universitetini (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM ) direktoru Xəyalə Hacıyeva və  kitabxana sitemləri və rəqəmsallaşdırma prosesləri üzrə baş məsləhətçi İltifat İbrahimov təmsil edib.

Təlimdə İzmir Yüksək Texnologiya İnstitutunun institusional rəqəmsal repozitariyası olan GCRİS elektron arxiv sistemi, onun texniki infrastrukturu, idarəetmə paneli, metaverilənlərin sistemə daxil edilməsi standartları və digər mövzularda məruzələr dinlənilib. Bundan başqa, repozitariyaların qurulması, metadatanın formalaşdırılması istiqamətində müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Səfər çərçivəsində iştirakçıların İzmir Yüksək Texnologiya İnstitutunun rektoru professor Yusuf Baranla görüşü olub.

Xəbər lenti