Logo

ADNSU-nun professoru Türkiyənin Yıldız Texnik Universitetinə olub - FOTO

21.11.2023 19:50 258 baxış
IMG

14-17 noyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri prof. Fariz Əmirli Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərindən biri olan Yıldız Texnik Universitetinə olub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

 Ezamiyyət müddətində “Kimya metalurji” fakültəsində və “Qida mühəndisliyi” kafedrasında rəsmi görüşlər keçirilib. Fakültə dekanı prof. Osman Sağdıç, kafedra müdiri prof. Esen Dertli, dos. Ömər Said Toker və kafedranın digər müəllimləri ilə keçirilən görüşlərdə əsasən hər iki universitetin “Qida mühəndisliyi” ixtisasında tədris olunan fənlərin geniş müzakirələri aparılıb. F.Əmirli ixtisasa aid tədris və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, həmçinin həmin ixtisasda təhsil alan tələbələrlə görüşüb, dərs prosesini izləyib. 

Professor Fariz Əmirli həmçinin Yıldız Texnik Universitetinə “Qida mühəndisliyi” ixtisasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, maraqlı söhbətlər aparıb.

Xəbər lenti