Logo

Ekspert: "Heç bir universitet əmək bazarına ixtisaslı kadr çıxara bilmir"

21.11.2023 18:46 204 baxış
IMG

"IV kursu bitirərək əmək fəaliyyətinə başlamağa çalışan gənclərin böyük əksəriyyəti (bəzi ixtisaslar üzrə müsabiqə keçirilir deyə hər kəs yox) fəryad edir. Səbəb odur ki, hansı qapıya üz tuturlar hər kəs iş təcrübəsi tələb edir. Burada mən nə o tərəfdə, nə də bu tərəfdə günah görürəm. Müəssisə təcrübəli işçi axtarışındadır, işsiz də iş axtarışında. Elə isə təcrübəni harada qazanmaq olar? Əlbəttə ki, bunu ali təhsil müəssisəsi və onun rəhbərliyi düşünməlidir".

Tehsil.biz xəbər verir ki, bunları təhsil eksperti Elçin Əfəndiyev bildirib.

O qeyd edib ki, dövlət və özəl qurumlarla əməkdaşlığa səy göstərilməli, tələbələr IV kursun son semestrində deyil, II və ya III kursdan təcrübə-istehsalata başlamalıdırlar:

"Eyni zamanda onların müvafiq ixtisas üzrə ən azı 2 illik təcrübəyə sahib olmaları barədə xüsusi dövlət nümunəli bir sənəd verilməlidir ki, əmək fəaliyyətinə başlayanda belə bir bürokratik əngəllə rastlaşmasınlar. Xarici ölkələrə baxdığımızda görürük ki, oradakı ali təhsil müəssisələri məzunlarının iş imkanlarını düşünür və hətta çalışır ki, daha yaxşı istiqamətlərdə çalışsınlar və bir növ örnək gətirsinlər. Bizdə isə bu amil yoxdur. Rəqabətsizlik mühitinin mövcudluğu fonunda əmək bazarına ixtisaslı kadr da çıxara bilmir bir çox universitet".

Mərcanə Əsədova

Xəbər lenti