Logo

ADU-da tələbələr üçün məlumat sessiyası keçirilib

21.11.2023 17:28 210 baxış
IMG

Noyabrın 20-də  Azərbaycan Dillər Universitetində (ADU) Avropa Kollecinin Natolin kampusunun əməkdaşları Jakub Kubica və Nərgiz Abdullayeva tərəfindən tələbələr üçün məlumat sessiyası keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, Avropa Kollecinin (Natolin Campus) nümayəndələri tələbələrə Avropa Kollecinin magistr proqramları, akademik proqramın strukturu və əhatə etdiyi kurslar, Avropa Kollecində tələbə həyatı, ərizə qəbulu prosesi və seçim meyarları barədə ətraflı məlumat veriblər.

Onlar həmçinin Azərbaycandan olan namizədlər üçün müxtəlif növ mövcud təqaüdlər, xüsusilə də Avropa Kollecinin Natolin kampusunda təhsil almaq üçün Şərq Tərəfdaşlığı ölkələrindən tələbələrə elan edilmiş “EU4Youth” təqaüdü barədə məlumat da veriblər.

Xəbər lenti