Logo

BDU-da professor Dilarə Seyidzadə ilə görüş keçirilib - FOTO

21.11.2023 17:00 255 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən "Ulu Öndər xatirələrdə" layihəsinin növbəti qonağı tarix elmləri doktoru, professor Dilarə Seyidzadə olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən görüşdə BDU-nun professor, müəllim, tələbə heyəti iştirak edib. Görüşün moderatoru, BDU-nun dosenti Məti Osmanoğlu dahi öndərin 100 illik yubileyi çərçivəsində Universitetdə həyata keçirilən tədbirlərdən danışıb, Ümummilli Liderin zəngin irsinin daha da dərindən öyrənilməsi istiqamətində görüşün əhəmiyyətini vurğulayıb.

Daha sonra BDU-nun rektoru Elçin Babayev qonağı salamlayıb və qeyd edib ki, Dilarə Seyidzadə uzun illər Ulu Öndər Heydər Əliyevə sədaqətlə xidmət edib, böyük idarəçilik və zəngin həyat təcrübəsinə yiyələnib.

Görüşdə professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Ümummilli Liderin həyatı daim mübarizələrdə keçib, o, bu mübarizələrin hamısında qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətli, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirib.

Daha sonra çıxış edən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva müasir Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf,  müstəqilliyimizin möhkəmlənməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib.

İnteraktiv şəkildə keçən görüşdə Dilarə Seyidzadə müəllim və tələbələrin suallarını cavablandırıb.

Görüşdən sonra professor Dilarə Seyidzadə Ulu Öndərin şəxsi təşəbbüsü ilə 1997-ci ildə fəaliyyətə başlayan Heydər Əliyev Muzeyini ziyarət edib.

Xəbər lenti