Logo

BDU-nun tələbələri şəhid ailələrini ziyarət ediblər - FOTO

21.11.2023 14:58 269 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin tələbələri şəhid Vadim Qocayev və Fəxrəddin Qurbanlının ailələrini ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Şəhidlərin ailə üzvləri ilə görüş zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov oğlunun məktəb illəri, tələbəlik həyatından danışıb, onun kiçik yaşlarından vətənpərvərliyi ilə seçildiyini bildirib.

Tələbələr şəhidlərə aid şəxsi əşyalarla tanış olublar. Şəhidlərin fotolarından ibarət xatirə albomlarına baxış keçirilib, onların döyüş yolu xatırlanıb. Şəhid anaları qəhrəman oğulları ilə bağlı xatirələrini bölüşüblər.

Xəbər lenti