Logo

BDU-da Oman yazıçısı Coxa Əl-Harsi ilə görüş olub - FOTO

21.11.2023 14:00 195 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllim və tələbələrinin Beynəlxalq Buker Mükafatına layiq görülmüş omanlı yazıçı Coxa Əl-Harsi ilə görüşü olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Görüşdə Coxa Əl-Harsi ərəbcədən Azərbaycan dilinə tərcümə edilmiş “Ayın qızları” kitabı, bədii yaradıcılığı, həyatı və Oman məişəti haqqında məlumat verib.

Qeyd edək ki, kitabın tərcüməçisi Şərqşünaslıq fakültəsinin məzunları Aytəkin Qocayeva, redaktoru isə Rəşad Həsənovdur.

Yazıçı ərəb ədəbiyyatı ilə yanaşı, dünya və Azərbaycan ədəbiyyatı barədə düşüncələrini paylaşıb, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi dahi Azərbaycan şairlərinə olan rəğbətini xüsusi vurğulayıb. Yazıçı Qurban Səidin “Əli və Nino” əsəri haqqında da xoş təəssüratlarını bölüşüb.

Sonra müəllim və tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti