Logo

BDU-nun Kimya fakültəsinin tələbələri yeni sosial kampaniyaya başlayıblar - FOTO

21.11.2023 13:43 248 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin tələbələri yeni sosial kampaniyaya başlayıblar.

Tehsil.biz xəbər verir ki, fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə şəhid Vadim Qocayev və Fəxrəddin Qurbanlının ailələri ziyarət olunub. Şəhidlərin ailə üzvləri ilə görüş zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov oğlunun məktəb illəri, tələbəlik həyatından danışıb, onun kiçik yaşlarından vətənpərvərliyi ilə seçildiyini bildirib.

Tələbələr şəhidlərin ev müzeylərində onlara aid şəxsi əşyalarla tanış olublar.  Şəhidlərimizin fotolarından ibarət xatirə albomlarına baxış keçirilib, onların döyüş yolu xatırlanıb. Şəhid anaları qəhrəman oğulları ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər.

Xəbər lenti