Logo

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat davam edir

21.11.2023 11:41 229 baxış
IMG

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat davam edir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iştirak etmək istəyən şagirdlər 15 dekabradək https://sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçməlidirlər.

 Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək.

Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.

Müsabiqə ilə bağlı ətraflı məlumatı qeyd olunan linkdən əldə edə bilərsiniz: https://bit.ly/3MrX9hu

Xəbər lenti