Logo

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru - FOTO

21.11.2023 09:52 227 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbələri Səyyarə Haqverdiyeva və Zəhra Abdullayeva "Sophisticated Suits" adlı komanda ilə Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) tərəfindən təşkil olunan universitetlərarası "Şahid dindirmə" müsabiqəsinin 3-cü buraxılışının qalibi olublar.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Qeyd edək ki, müsabiqənin final mərhələsi Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilib. Qalib komanda mukafat və sertifikat, həmçinin "Kamandar Nəsibov və partnyorları" vəkil bürosunda ödənişli təcrübə keçmək imkanı qazanıb.

Xəbər lenti