Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun şöbə və laboratoriyaları 2023-cü ilin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat verib.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
İnstitutun baş direktoru v.i.e, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda 8 laboratoriya 5 şöbə əməkdaşları hesabat veriblər.
Laboratoriya və şöbələr il ərzində apardıqları elmi-tədqiqat işlərini slayd şəklində şura üzvlərinin diqqətinə çatdırıblar.
Məruzəçilər aparılan elmi tədqiqatların nəticələri ilə yanaşı, çap olunan elmi əsərlər, yerli və beynəlxalq səviyyəli konfrans və seminarlarda iştirak, xarici səfərlər, ekspedisiyalar, ezamiyyətlər, kadr hazırlığı, doktorantura, ali məktəblərlə əlaqələr, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, beynəlxalq əlaqələr, layihələr üzrə işlər, xarici ölkələrə elmi səfərlər və digər tədbirlərdən ətraflı şəkildə bəhs ediblər.
Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçilərə ünvanlanan suallar cavablandırılıb.
Sonda institutun baş direktor v.i.e., dosent Minarə Həsənova müzakirələrə yekun vuraraq bir sıra məsələlər üzrə tapşırıq və tövsiyələrini verib.