Logo

DİM peşəkar mühasib sertifikatı imtahanı verəcək namizədlərə müraciət edib

20.11.2023 20:00 220 baxış
IMG

Noyabrın 26-da peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək. İmtahan verəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

Xəbər lenti