“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) həyata keçirilən layihələrdən biri də Azərbaycan dövlətçiliyi və Ulu Öndər Heydər Əliyev irsinə dair ədəbiyyatların rəqəmsallaşdırılması olub.
Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən komplektləşdirilən 276 nüsxə ədəbiyyat elektronlaşdırılaraq MEK-in rəsmi saytında yerləşdirilib.
MEK-də Ümummilli Lider Heydər Əliyevin zəngin irsini özündə əks etdirən seçilmiş nəşrlərin rəqəmsallaşdırılması işi davam etdirilir.