Noyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Avropa Kollecinin infosessiyası keçirilib.
Bu barədə "Tehsil.biz"ə BSU-dan məlumat verilib.
İnfosessiyada Polşanın Natolin şəhərində yerləşən Avropa Kollecinin Akademik Administrasiyasının nümayəndəsi Nərgiz Abdullayeva və Kommunikasiyalar üzrə rəhbəri Jakub Kubica çıxış ediblər. Çıxışçılar Avropa Kollecinin proqramları və təqaüdləri haqqında məlumat veriblər.
Tədbirdə BSU-nun Beynəlxalq Əməkdaşlıq şöbəsinin və Polşa mərkəzinin əməkdaşları və müəllimləri, Regionşünaslıq (Polşa üzrə) və Tərcümə (Polşa üzrə) ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib.