Logo

MDU-da “Sosial media” mövzusunda seminar keçirilib - FOTO

20.11.2023 17:03 223 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Sosial media” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, Ankara Hacı Bayram Vəli Universitetinin MDU-da fəlaiyyət göstərən qonaq professoru Evren Güçerin təqimatında keçirilən seminarda universitetin bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib.

Seminar zamanı prof. E.Güçer sosial medianın həyatımıza inteqrasiyası, onun yaratdığı imkanlar, müsbət və mənfi tərəfləri, korporativ mədəniyyətin formalaşmasında sosial medianın təsiri və digər məsələlər haqqında məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti