Logo

Şərqşünas alim Pakistanda keçirilən beynəlxalq elmi konfransda məruzə edib - FOTO

20.11.2023 15:03 168 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Aygün Əlizadə Pakistanın Kvetta şəhərində keçirilən “İran və Pakistanın mədəni inteqrasiyasında İqbal Lahuri şeirlərinin təsiri” mövzusunda beynəlxalq elmi konfransa onlayn qoşulub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, konfransda Aygün Əlizadə Mövlana Cəlaləddin Ruminin İqbal Lahuri yaradıcılığına təsiri haqqında məruzə edib. İqbal Lahurinin öz əsərlərində Mövlanaya müraciətlərindən danışan məruzəçi onun Rumini öz mürşidi saydığını qeyd edib. A.Əlizadə İqbal Lahurinin əsərlərinin adlarının da irfani mənbədən qaynaqlandığını bildirib.

Şərqşünas alim, həmçinin İqbal Lahurinin urdu dilində yazdığı “Bal-e Cəbrail” əsəri ilə Söhrəvərdinin “Avaz-e pər-e Cəbrail” əsərlərinin oxşar cəhətlərindən bəhs edib.

Xəbər lenti