Logo

AMEA-da Qərbi Azərbaycan toponimləri ilə bağlı konfrans təşkil olunacaq

20.11.2023 14:47 311 baxış
IMG

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, konfrans noyabrın 23-də təşkil olunacaq. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli konfransın açılışında çıxış edəcəklər.

Konfransda “Göyçə mahalının qədim toponimləri”, “Qərbi Azərbaycan toponimlərinin semantik-sahə strukturu”, “Göyçə mahalının etnotoponimləri”, “Qərbi azərbaycanlıların deportasiyası: şivələr və toponimlər”, “Qərbi Azərbaycan toponimlərinin izi ilə” mövzularında məruzələr dinləniləcək.

Xəbər lenti