Logo

Özbəkistanlı alimlər Ədəbiyyat muzeyində olublar - FOTO

20.11.2023 12:43 285 baxış
IMG

Özbəkistanın Mamun Universitetinin İqtisadiyyat və humanitar fənlər fakültəsinin dekanı Umidbek Abdalov və Fəlsəfə kafedrasının müdiri dosent Zafar Adilov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Bildirilib ki, mədəniyyət ocağını böyük maraqla gəzən qonaqlar qədim və zəngin Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolu ilə tanış olub, klassik və müasir şair və ədiblərin həyat və yaradıcılığı haqqında məlumat əldə ediblər.

Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırovanın müşayiətilə ekspozisiyanı gəzən özbəkistanlı alimlər Azərbaycan ədəbiyyatının tarixini əks etdirən eksponatlarla, şair və yazıçılarımızın əsərlərinin müxtəlif nəşrləri və onlar barəsində tədqiqatlarla tanış olublar.

Sonda özbəkistanlı alimlər öz təəssüratlarını muzeyin “Rəylər kitabı”nda bölüşublər.

Xəbər lenti