Logo

"Məktəb idarəetməsi şagird nəticələrinə təsir göstərir”

20.11.2023 11:59 436 baxış
IMG

“Məktəblərdə müəllimlərin, valideynlərin, məktəb direktorlarının və şagirdlərin fikiriləri öyrənilərək buna uyğun hesabatlar hazırlanır. Məktəb monitorinqlərinin ardınca məktəbin inkişafına yönəlmiş dəstəklə inkişafa nail olunmasına çalışılır. Aparılmış təhlillər bir sıra vacib məqamları göstərir".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev “Ümumi təhsildə davamlı keyfiyyət təminatı” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, uğurlu və yaxşı nəticə əldə edən məktəblərdə ən çox diqqət çəkən məqam idarəetmənin yüksək səviyyədə olması ilə bağlıdır:

"Məlum olub ki, həmin məktəblərin direktorları etdikləri işləri davamlı və ardıcıl həyata keçirirlər. Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru son 20 ilin şagird nəticələrinin təhlilini, məktəbin fəaliyyət planını təqdim edə bilir. Müşahidə də onu göstərir ki, məktəb idarəetməsi şagird nəticələrinə təsir göstərir”, - E.Əliyev qeyd edib.

Mərcanə Əsədova

Xəbər lenti