Logo

Akademik Teymur Kərimlinin 70 illik yubileyinə həsr olunmuş biobiblioqrafiya işıq üzü görüb

19.11.2023 18:51 166 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qərarları ilə “Akademik Teymur Kərimli: Biobiblioqrafiya” kitabı işıq üzü görüb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Biobiblioqrafiya tanınmış ədəbiyyatşünas, mətnşünas, şərqşünas, şair və tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, “Şöhrət” ordenli, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin 70 illik yubileyi münasibətilə nəşr olunub. Kitaba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik T.H.Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı, görkəmli elm və mədəniyyət xadimlərinin akademik haqqında fikiriləri, alimin həyatı, elmi yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlı materiallar, eləcə də, elmi, bədii və mətbuatda işıq üzü görən publisistik məzmunlu əsərlərinin biblioqrafik təsvirləri daxil edilib.

Qeyd edək ki, yeni nəşrin “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktorları Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru, dosent Paşa Kərimov və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, tərtibçiləri Əlyazmalar İnstitutunun Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərova və Elektron resurslar şöbəsinin sabiq müdiri Firəngiz Hüseynova, nəşrə hazırlayanı Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, rəyçiləri Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlıdır.

Xəbər lenti