Logo

Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib - FOTOLAR

18.11.2023 23:30 246 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Sabunçu rayonu 80 nömrəli və Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəblərində, həmçinin 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, 13 nömrəli Şəhər Poliklinikasında və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri İ.Nəsimi adına 44 nömrəli məktəb-liseydə və Daşkəsən rayon Qaraqollar kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 27 nömrəli, Xızı rayon Sitalçay kənd tam orta məktəblərində və Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Oğuz rayonu A.Çiyniyev adına Filfilli kənd tam orta məktəbində və Xaçmaz kənd 1 nömrəli körpələr evi-uşaq bağçasında, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul rayon Abdulabad kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Siyəzən rayon Zarat kənd tam orta məktəbində və Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər şəhər 6 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

Xəbər lenti