Logo

YAP Nəsimi Rayon Təşkilatının sədri ADNSU-nun fəal gəncləri ilə görüşüb - FOTO

18.11.2023 22:25 490 baxış
IMG

Noyabrın 17-də YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) YAP-ın üzvü olan gənc fəalları ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə həmçinin, ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatının sədri Salman Salmanov da iştirak ediblər. 

Səmimi söhbət əsasında keçirilən görüşdə YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov bildirib ki, Azərbaycanın bu günü, gələcəyi və uğurlu inkşafının partiyası olan YAP həm də gənclərin partiyasıdır. YAP-ın yaranma zərurətindən və ölkəmizin inkişafındakı əvəzsiz xidmətlərindən danışan A.Süleymanov ölkədə həm də gənclərin inkişafı üçün yaradılan şərtlərdən bəhs edib. O, Azərbaycanda gənclərin hər zaman diqqət və qayğı ilə əhatə olunmasından, onların sağlam və savadlı, o cümlədən layiqli vətəndaş kimi formalaşması istiqamətində dövət səviyyəsində aparılan islahatlardan danışıb.

Gənclər də onlara göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər və qalib ölkənin vətəndaşları olaraq cəmiyyətin həyatında, o cümlədən dövlətin inkişafında aktiv olacağına əminliklərini qeyd ediblər.

Xəbər lenti