Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “AzeriMed” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.
Görüşdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, “AzeriMed” QSC-nin baş direktoru Famil Rəhimli və nümayəndə heyəti, həmçinin prorektorlar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova “AzeriMed” QSC ilə mövcud əməkdaşlıq əlaqələri və tələbələrin istehsalat təcrübəsindəki fəaliyyəti haqqında iştirakçılara məlumat verib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq Milli Dirçəliş günü müanasibətilə tədbir iştirakçılarını təbrik edib.
Müəssisələrlə əlaqələrin genişləndirilməsinin universitetin qarşısında duran prioritet məsələlərdən biri olduğunu diqqətə çatdıran dosent Vazeh Əskərov ikitərəfli əmədaşlığın önəmindən danışıb və yeni imzalanacaq memorandumun faydalı əməkdaşlığın daha da inkişafında xüsusi rol oynayacağına əminliyini bildirib.
ADNSU-da olmaqdan məmnun olduğunu bildirən “AzeriMed” QSC-nin baş direktoru Famil Rəhimli Milli Dirçəliş günü müanasibətilə iştirakçıları təbrik edib və bundan sonra birgə əməkdaşlığın daha da inkişafı üçün hər bir şəraitin olduğunu deyib. O, birgə uğurlu nəticənin əldə olunacağına ümidvar olduğunu qeyd edərək perspektiv layihələrdən danışıb.
Sonda tərəflər arasında Əməkdaşlıq memorandumu imzalanıb.