Polşanın Maria Curie-Sklodowska Universitetinin və “Perspektivlər” Təhsil Fondununun nümayəndələri Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.
Görüşdə Maria Curie-Sklodowska Universiteti ilə AzTU arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Yaxın zamanlarda iki universitet arasında əməkdaşlığın yeni mərhələdə icrasına başlamaq qərarına gəlinib.