Logo

ADPU-da “Azərbaycan Bayrağı 105 yaşında” adlı seminar keçirilib - FOTO

18.11.2023 00:55 207 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “100MİN” proqramı çərçivəsində “Azərbaycan Bayrağı 105 yaşında” mövzusunda seminar keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda tanınmış gənc tədqiqatçı və kolleksiyaçı, Dövlət Proqramı çərçivəsində İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd tələbələrə 105 illik tarixi yol keçən üçrəngli bayrağımız haqqında danışaraq, 90-cı illərdə analarımızın tikdiyi bayraqların sovet rejiminə qarşı meydanlarda dalğalandırıldığını qeyd edib, 30 il sonra bu müqəddəs bayrağın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndidə ucaldılaraq bütün ərazilərimizdə suverenliyimizi tam bərpa etdiyimizi vurğulayıb.

Mövzu ətrafında çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev belə seminarların tələbələrin inkişafında oynadığı müsbət rolu qeyd edib.

ADPU TGT-nin sədri Təhmasib İmaməliyev bildirib ki, təşkilat tərəfindən müxtəlif mövzularda, o cümlədən vətənpərvərlik və dövlətçilik ruhunun inkişafı istiqamətində silsilə tədbirlər keçirilir.

Tədbir tələbələrin sualları əsasında interaktiv formada davam etdirilib.

Yekunda Dilqəm Əhmədin “Cümhuriyyət bayrağı” kitabı Pedaqoji Universitetin kitabxanasına və fəal tələbələrə hədiyyə olunub.

Xəbər lenti