Logo

Polimer Materialları İnstitutunda uğurlu tədqiqatlar aparılır

18.11.2023 00:23 217 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasında uğurlu tədqiqatlar aparılır.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları tərəfindən bu il 20 məqalə, 33 məruzə və tezis dərc etdirilib, 2 monoqrafiya nəşr olunub. Məqalələrin 6-sı “Web of Science”, “Science Citation Index Expanded” bazalarına daxil olan impakt faktorlu jurnallarda yer alıb.

Mexaniki-kimyəvi sintez yolu ilə “METAK” şirkətində poliolefinlər, qrafit və bazalt doldurucuları əsasında nanokompozitlərin alınma texnologiyası sınaqdan keçirilərək sınaq aktları alınıb.

Laboratoriyada 5 beynəlxalq və 4 yerli təşkilat ilə müqavilə əsasında tədqiqat işləri aparılır.

Xəbər lenti