Logo

ADNSU-da Biotibbi mühəndislik üzrə V Beynəlxalq Elmi-praktiki simpozium keçirilib - FOTO

17.11.2023 21:27 349 baxış
IMG

Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biotibbi texnologiyalarda yenilik” mövzusunda biotibbi mühəndislik üzrə V Beynəlxalq Elmi-praktiki simpozium keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.

“Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə “Biotibbi texnologiyalarda yenilik” mövzusunda onlayn və oflayn formatda keçirilən simpoziumun açılış mərasimində Türkiyə, Qazaxıstan, Fransa, İsveçrə, Birləşmiş Ərəb Əmirliyi, Ukrayna, Almaniya, Rusiya, Estoniya və yerli universitetlərdən olmaqla ümumilikdə 10-dan çox  ölkədən  universitetlər, klinikalar və tibbi servis mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Simpoziuma ümumilikdə 30 məqalə təqdim edilib. 

Açılış mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov simpoziumun biotibbi texnologiyalar sahəsində yeniliklər və nailiyyətlərlə tanış olmaq baxımından əhəmiyyətini vurğulayaraq simpoziumun işinə uğurlar arzulayıb. 

ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova simpoziumun biotibbi texnologiyalar sahəsində mütəxəssislərin təcrübə mübadiləsi, elmi potensialın inkişafı və qarşılıqlı fikir mübadiləsinin aparılmasındakı rolundan danışıb və simpoziumun işinə uğurlar arzulayıb. 

“Alim” Elmi Assosiasiyasının direktoru Günel Səfərova simpoziumun biotibbi texnologiyalar üzrə yeniliklər və dünya təcrübəsinin öyrənilməsi istiqmətində mühüm əhəmiyyət kəsb etdiyini bilidirib. Həmçinin Assosiasiyanın İsveçrə, BƏƏ və Fransadan olan nümayəndələri təqdimatlarla çıxış ediblər. 

Cihaz mühəndisliyi kafedrasının müdiri, professor Lalə Bəkirova simpoziumun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının xüsusi önəm daşıdığını qeyd edərək simpozium haqqında ətraflı məlumat verib və biotibbi texnologiyalar üzrə nailiyyətlərin öyrənilməsi məqsədi daşıdığını qeyd edib.

Hibrid formatda keçirilən simpoziumda doktorantlar, magistrantlar, bakalavrlar və ixtisas üzrə məzunların çıxışları dinlənilib və onlar müzakirələrdə iştirak ediblər.

Sonda qonaqlar Beynəlxalq simpoziumun işini yüksək dəyərləndirib qoyulan mövzunun aktuallığını və elmi əhəmiyyətini qeyd ediblər.

Xəbər lenti