17 noyabr 2023-cü il tarixində orta ixtisas təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən təsviri sənət istiqamətli ixtisasları üzrə seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Seminarda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin mütəxəssisləri və Dövlət İmtahan Mərkəzinin nümayəndələri iştirak ediblər.
İclasda xüsusi qabiliyyət tələb edən rəsm, rəngkarlıq və yapma fənləri üzrə qabiliyyət imtahanı proqramı, qiymətləndirmə meyarları, imtahana hazırlaşmaq üçün metodiki tövsiyələr, İncəsənət Kollecinə qəbul nəticələrinin elmi-statistik təhlili və növbəti tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan digər məsələlər müzakirə edilib. Müzakirədə qiymətləndirmə meyarlarının təftişi və yenilənməsi ilə bağlı işçi qrupunun yaradılması, səsləndirilən qeyd və təkliflərin "Abituriyent" jurnalının təsviri sənət istiqaməti üzrə xüsusi buraxılışında nəzərə alınması məqsədəuyğun hesab edilib.