Logo

Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransı öz işini 8 bölmədə davam etdirib

17.11.2023 19:10 340 baxış
IMG

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransı (NASCO XXVI) öz işini 8 bölmədə davam etdirib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, bunlar “Riyaziyyat və İKT”, “Tibb elmləri”, “Mühəndislik”, “Təbiət elmləri”, “İqtisadiyyat və idarəetmə”, “Pedaqogika və psixologiya”, “Tarix, fəlsəfə, hüquq, siyasi elmlər və sosiologiya”, “Filologiya və mədəniyyətşünaslıq” bölmələridir.

Bölmə iclaslarında adıçəkilən sahələr üzrə gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələri təqdim və müzakirə olunur.

Noyabrın 18-də yekun vurulacaq konfransın bölmələrində 220-dək elmi məruzə dinləniləcək.

Xəbər lenti