Logo

Film layihələri müsabiqəsinin tələbə alt istiqaməti üzrə görüş keçirilib - FOTO

17.11.2023 17:00 179 baxış
IMG

Azərbaycan Respublikasının Kino Agentliyinin 18 iyul 2023-cü il tarixində elan etdiyi film layihələri müsabiqəsinin tələbə alt istiqaməti üzrə məqbul hesab edilmiş layihələrlə bağlı tələbələrlə görüş keçirilib. 

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Müsabiqənin bu istiqaməti üzrə layihələrin həyata keçirilməsi prosesinin təşkili Agentlik tərəfindən Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərova həvalə edilib. 

Azərbaycan Dövlət Film Fondunda keçirilən görüşdə Elxan Cəfərov tələbələrlə istehsalat prosesi ilə bağlı təcrübələrini bölüşüb. Növbəti görüşlərdə layihələrin təkmilləşdirilməsi və istehsalata hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, film layihələri müsabiqəsinin ikinci mərhələsinin yekununda tələbə alt istiqaməti üzrə 16 layihə məqbul hesab edilib.

Xəbər lenti