Logo

“Akademik Teymur Kərimli: Biobiblioqrafiya” kitabı çapdan çıxıb

17.11.2023 15:17 229 baxış
IMG

AMEA-nın Rəyasət Heyəti və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qərarları ilə “Akademik Teymur Kərimli: Biobiblioqrafiya” kitabı nəşr edilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Biobiblioqrafiya Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin 70 illik yubileyi münasibətilə nəşr olunub. Kitaba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Teymur Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı, görkəmli elm və mədəniyyət xadimlərinin akademik haqqında fikirləri, alimin həyatı, elmi yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlı materiallar, eləcə də elmi, bədii və mətbuatda işıq üzü görən publisistik məzmunlu əsərlərinin biblioqrafik təsvirləri daxil edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Ön söz” yazdığı yeni nəşrin elmi redaktorları Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru, dosent Paşa Kərimov və Hüseyn Cavidin ev-muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. Kitabın tərtibçiləri Əlyazmalar İnstitutunun Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərova və Elektron resurslar şöbəsinin sabiq müdiri Firəngiz Hüseynova, nəşrə hazırlayanı Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur. Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı kitaba rəy yazıblar.

Xəbər lenti