Logo

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində növbəti seminar-məşğələ keçirilib

17.11.2023 14:28 308 baxış
IMG

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində Tədbirlər planına uyğun olaraq seminar-məşğələsi keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Seminar-məşğələyə AMEA-nin elmi müəssisə və təşkilatlarının hərbi uçot, bronetmə işlərini aparan İnsan resusları şöbələrinin mütəxəssisləri cəlb ediliblər.

Tədbiri giriş sözü ilə açan şöbənin rəisi Oqtay Fərzəliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. O.Fərzəliyev AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən imzalanmış AMEA Rəyasət Heyəti aparatında, elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçotunun aparılması, illik statistik hesabatın hazırlanması haqqında 30 noyabr 2023-cü il tarixli sərəncamından irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə yönəldilməsini bir daha vurğulayıb.

Daha sonra şöbənin aparıcı mütəxəssisi Bahar Həsənova AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçotun aparılması, səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsi, illik statistik hesabatın hazırlanması haqqında geniş məlumat verib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Xəbər lenti